Allahverdiyev Ziya Əli oğlu 1986-cı ildə Zərdab rayonunda anadan olub.
Heydər Əliyev adına Hərbi İnstitut və Hərbi Akademiyanın Diplomatiya fakultəsinin məzunudur. Ehtiyatda olan mayordur.
Şəxsi inkişaf sahəsində təlim, seminar, vebinar, fərdi görüşlər keçirən Azerbaijan Motivation and Coaching Cooperation MMC-nın təsisçisi və direktorudur.
Ailəlidir, 1 övladı var.